Xərçəngə qalib gələn Keyt Middlton yeni imici ilə diqqət çəkib
Xərçəngdən sağaldıqdan sonra ailəsi ilə tətilə gedən Uels şahzadəsi Keyt Middlton krallıqdakı vəzifələrinin icrasına başlayıb.
BAKU.WS xəbər verir ki, Londondakı Təbiət Tarixi Muzeyində ictimaiyyət qarşısında çıxış edən Keytin yeni imici diqqətlərdən qaçmayıb.
Bəzi izləyicilər onun yeni saçlarının parik olduğunu iddia edib. Əksər istifadəçilər Keyt Middltonun yeni görünüşünə tərfilər yağdırıb.
Qeyd edək ki, Şahzadə Keyt əri Şahzadə Uilyamla birlikdə muzeyi ziyarət edib.
Səfərin məqsədi muzeyin yeni açılan Təbiət Kəşfləri Bağı və Milli Təhsil Təbiət Parkı layihələrinin təbliği və dəstəklənməsi olub.
Qalereya
Oxşar xəbərlər
"Al Arabiyya": İrana 300 milyard dollar investisiyanın ayrılması nəzərdə tutulub
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair memorandumda İslam Respublikasına investisiyaların stimullaşdırılması üçün 300 milyard dollar məbləğində öz...