Xərçəngdən sağalan aparıcı xəstəliyin müsbət nəticələrini açıqladı

Süd vəzi xərçənginə qalib gələn məşhur britaniyalı teleaparıcı Culiya Bredberi xəstəlik sayəsində həyata daha çox dəyər verməyə və sağlamlığına daha çox diqqət yetirməyə başladığını bildirib.
BAKU.WS xəbər verir ki, o bu barədə "İndependent"ə onkologiyanın müsbət nəticələri barədə danışarkən deyib.
Teleaparıcının sözlərinə görə, diaqnoz onun üçün bir növ xəbərdarlıq rolunu oynayıb, bundan sonra həyatını dəyişib. Xüsusilə, xəstəlik onu sağlamlığa münasibətini tamamilə yenidən nəzərdən keçirməyə məcbur edib
"Xərçəng məni məşq etmə tərzimdən tutmuş yemək tərzimə qədər daha sağlam həyat tərzi sürməyə sövq etdi" - deyə aparıcı vurğulayıb.
Diaqnozu öyrənən aparıcı gündəlik həyatını sakit yaşamağa başlayıb. Stress səviyyəsini azaltmaq üçün meditasiya etməyə və nəfəs məşqləri də edib:
"Xərçəngdən əvvəl mən çox balanslı bir həyat sürməmişdim. İndi yaşadığım hər gün üçün çox minnətdaram".
Teleaparıcı daha əvvəl bildirib ki, əvvəlcə həkimlər ona səhv diaqnoz qoyublar. Bredberinin sözlərinə görə, həkimlər süd vəzi böyüməsinin xoşxassəli olduğunu iddia ediblər.
Oxşar xəbərlər
Trampla Maskın mübahisəsi hər ikisinə baha başa gəldi - Bir gündə milyonlar itirdilər
Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampla münaqişəsi fonunda bir gündə 33,9 milyard dollar itirib. BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg...
