Xamenei 47 ildən sonra ilk dəfə "19 Bəhmən" münasibətilə Hərbi Hava Qüvvələri ilə görüşməyib
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Ali lideri Əli Xamenei "19 Bəhmən" (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüş keçirməyib.
BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, Hərbi Hava Qüvvələrinin komandirləri görüş mərasimini Tehranda İslam inqilabının rəhbəri Ruhulla Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneinin iştirakı olmadan baş tutub.
Qeyd olunur ki, son 47 il ərzində ilk dəfədir ölkənin ali lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələri ilə birgə görüş keçirmir.
Xatırladaq ki, 19 bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) tarixində şah dövrünün ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti Tehranda Ruhulla Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...