WSJ: İran gəmiləri Hörmüz boğazında ABŞ tankerini saxlamaq istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
İranın altı hərbi gəmisi Omanın şimalındakı Hörmüz boğazında ABŞ tankerinə yaxınlaşaraq heyətə mühərriklərini söndürməyi və gəmi göyərtəsinə daxil olacaqları barədə əmr ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan "Vanguard Tech" şirkətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, kapitan bu tələblərə məhəl qoymayıb, gəmi sürətlənib və daha sonra Amerika gəmisinin mühafizəsi altına düşüb.
"Reuters" agentliyi ABŞ rəsmisinə istinadən bildirib ki, naməlum qayıqlar ABŞ bayrağı altında üzən "Stena Imperative" gəmisinə yaxınlaşıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...