WhatsApp Rusiyada çökdü - Minlərlə şəxs mesaj göndərə bilmir
24 yanvar 2025-ci il tarixində "WhatsApp"da irimiqyaslı problem qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Rusiyadan olan istifadəçilər sosial platformaya daxil olmaqda çətinlik çəkiblər.
Downdetector-un məlumatına görə, bu problemlə bağlı şikayətlərin sayı 2 mini ötüb. İstifadəçilər əsasən mesajların çatdırılmaması və messencerin fəaliyyətində ümumi problemlər barədə məlumat verirlər.
Qeyd edək ki, eyni gündə Rusiya internet məkanında (Runet) da böyük bir texniki nasazlıq baş verib. İstifadəçilər messencerlərə, sosial şəbəkələrə və müxtəlif tətbiqlərə daxil ola bilmədiklərindən şikayət ediblər. Hətta bəzi hallarda internet tamamilə əlçatmaz olub.
Bu vəziyyətin səbəbləri barədə rəsmi açıqlama hələlik təqdim edilməsə də, problemin qlobal texniki nasazlıqdan və ya regional infrastrukturdakı qüsurlardan qaynaqlandığı ehtimal olunur.
Oxşar xəbərlər
İlon Maskın sərvəti 600 milyard dolları keçdi – tarixi rekord
ABŞ-li milyarder iş adamı İlon Mask tarixdə sərvəti 600 milyard dolları aşan ilk şəxs olub. Bu artım əsasən onun rəhbərlik etdiyi "SpaceX" şirkətinin mümkün IPO...