Vuçiç: Hörmüz boğazı açılmasa, neftin qiymətləri hamını məhv edəcək
Neftin qiymətlərinin nəzarətsiz şəkildə artmasına icazə verilməyəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O bildirib ki, İrandakı gərginlik səbəbindən yanacağın qiymətlərinin nəzarətsiz şəkildə artmasına icazə verilə bilməz, ona görə də vəziyyətlə bağlı tədbirlər görüləcək:
"Yanaşmam ondan ibarətdir ki, qarşıdakı bir ay ərzində subsidiya mexanizmləri müəyyən edək, çünki qiymətlərin nəzarətsiz şəkildə artmasına imkan verə bilmərik. Qazın qiymətləri qalxıb, artıq qaz yoxdur, Qətər kranı bağlayıb".
Serbiya Prezidentinin sözlərinə görə, mövcud gərginlik neft və qazın qiymətlərinə ciddi təsir göstərə bilər. O, əlavə edib ki, məsələni maliyyə və energetika nazirləri ilə müzakirə edəcək:
"Biz olduqca mürəkkəb mərhələyə daxil oluruq. Bu davam edərsə, Avropada hamı üçün sözün əsl mənasında cəhənnəm yaranacaq. Hörmüz boğazı açılmasa, neftin qiymətləri hamımızı məhv edəcək".
A.Vuçiç sonda vurğulayıb ki, xoşbəxtlikdən Serbiyanın böyük yanacaq ehtiyatları var.
Oxşar xəbərlər
İrana qarşı əməliyyatlarda 50 mindən çox ABŞ əsgəri iştirak edir
İrana qarşı əməliyyatda 50 mindən çox ABŞ əsgəri iştirak edir. BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər evrir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) r...