Volodimir Zelenski ilə Endi Bernemin görüşü razılaşdırılıb
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Bernemlə ilk telefon danışığını aparıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesablarında bildirib.
"Endi Bernemlə danışmaqdan və onu Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlaması münasibətilə təbrik etməkdən məmnun oldum. Ukraynaya və xalqımıza olan dəstəyin bundan sonra da güclənəcəyini çox yüksək qiymətləndirirəm. Ukrayna və Britaniya dövlətlərarası əlaqələr tarixində ən güclü tərəfdaşlığı qura bilib və biz onun ancaq genişlənməsi istiqamətində işləməyə davam edəcəyik", - Zelenski qeyd edib.
O vurğulayıb ki, tərəflər yaxın vaxtlarda keçiriləcək görüş zamanı gələcək əməkdaşlığı, xüsusən də Avropa antiballistik koalisiyası çərçivəsində birgə işi müzakirə etmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb
İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Na...