Vladimir Putinin adına mağaza açılır

Vladimir Putinin adına mağaza açılır
Dünya 134

Rusiyanın Sankt-Peterburq şəhərində "Putin Team Russia" markalı mağazalar şəbəkəsinin ilk filialı açılacaq.

BAKU.WS RBK-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin adını daşıyan ilk mağaza "Nevskiy Center" ticarət kompleksinin ikinci mərtəbəsində 100 kvadratmetr sahədə açılacaq.

Brendin PR direktoru Yelizaveta Şişkina açılış tarixinin 30 sentyabr olacağını bildirib.

Qeyd edək ki, İtaliyanın kişi geyim markası "Giovanni Botticelli" daha əvvəl sözügedən ərazini icarəyə götürüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər