Venesuelada çox sayda məhkum azad ediləcək
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes həbsdə olan çox sayda məhkumların azad edilməsi ilə bağlı qərar qəbul edildiyini bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bunu "Venezolana de Television" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu qərar milli birlik, sülh şəraitində birgə yaşayışa dəstək və əməkdaşlıq məqsədilə qəbul olunub.
O, məhkumların azad edilməyə başladığını vurğulayıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib. Venesuelanın Xarici İşlər Nazirliyi Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb və bununla əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub.
ABŞ Prezidenti Donald Tramp zərbələrin endirildiyini təsdiqləyib. Bildirilib ki, əməliyyat Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirib ölkədən çıxarmaq üçün keçirilib.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...