Venesuelada ABŞ-dən deportasiya olunan miqrantların qaldığı otel çöküb
Venesuelada baş verən güclü zəlzələ nəticəsində ABŞ-dən deportasiya edilən miqrantların yerləşdirildiyi otel dağılıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, iyunun 24-də səhər saatlarında ABŞ-dən Venesuelaya gələn təyyarə ilə 146 deportasiya olunmuş Venesuela vətəndaşı ölkəyə qaytarılıb. Onlardan 100-dən çoxu paytaxt Karakasdan təxminən 30 kilometr məsafədə, La-Quayra ştatında yerləşən hotellərdən birində məskunlaşıb.
Həmin gün axşam saatlarında ölkədə güclü zəlzələ baş verib və nəticədə miqrantların qaldığı otel çöküb.
Hadisə zamanı hotellə bağlı olan şəxslərin yaxınları ABC-yə bildiriblər ki, dağıntılar altında qalanlardan bəziləri həyatını itirib, sağ qalanlar və itkin düşənlər də var.
Xatırladaq ki, ötən həftə Venesuelada 24 iyun axşamı bir dəqiqədən də az fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Bu təbii fəlakət son 100 ildən artıq müddətdə ölkədə baş verən ən güclü zəlzələlərdən biri hesab olunur. Yeraltı təkanlar Karakas və bir sıra digər ştatlarda da hiss edilib.
Zəlzələdən sonra paytaxt yaxınlığındakı Simon Bolivar Beynəlxalq Hava Limanı zədələrə görə fəaliyyətini dayandırıb. Həmçinin Karakas metrosunun və dəmir yolu nəqliyyatının işi müvəqqəti olaraq dayandırılıb.
Oxşar xəbərlər
19 yaşlı idmançının özü, anası, bacısı və sevgilisi dağıntılar altında öldü
Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra 19 yaşlı qadın bodibilder Fiorella Martinez, yaşadığı binanın dağıntıları altında ölü tapılıb. BAKU.WS xəbər ver...