Venesuela ABŞ ilə 25 illik neft sazişinin maliyyə şərtlərini açıqladı
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ ilə imzalanan 25 illik neft müqaviləsinin əsas şərtlərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, razılaşma ölkənin 17 strateji neft yatağını əhatə edir. Saziş çərçivəsində hasilatın gündəlik 1,5 milyon bareldən yuxarı səviyyəyə çatdırılması planlaşdırılır.
Rodrigez bildirib ki, dünya bazarında neftin bir barelinin orta qiyməti 65 dollar civarında olduğu halda, Venesuelanın hər bareldən təxminən 19 dollar gəlir əldə etməsi nəzərdə tutulur. Müqavilənin qüvvədə olduğu müddətdə ölkənin ümumi gəlirlərinin 209 milyard dolları ötəcəyi proqnozlaşdırılır.
Razılaşmaya əsasən, hasil olunan neft üzrə 16 faizlik royalti ödəniləcək. Bundan başqa, yataqlarda fəaliyyət göstərən şirkətlərin əldə etdiyi mənfəətə 34 faiz vergi tətbiq olunacaq.
Müqavilə çərçivəsində Venesuela neft ehtiyatları, mövcud infrastruktur və yerli işçi qüvvəsi ilə layihəyə töhfə verəcək. ABŞ tərəfi isə investisiya kapitalı və müasir texnologiyaların təmin edilməsini öz üzərinə götürəcək.
Venesuela hakimiyyəti hesab edir ki, saziş ölkədə yeni iş yerlərinin açılmasına və infrastrukturun yenilənməsinə şərait yaradacaq. Eyni zamanda, investisiyaların uzun müddətdir sanksiyaların təsiri altında olan neft sektorunun bərpasına təkan verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb
Nepalın şimal bölgələrində baş vermiş daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin əlakət Risklərinin Azaldılması və...