Venesueladan sonra hədəf bu iki ölkədir
ABŞ Prezidenti Donald Tramp Kubada mövcud hakimiyyətin ciddi iqtisadi böhran səbəbindən süquta yaxın olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, o, bu fikirləri Milad və Yeni il tətillərindən sonra Floridanın Vest-Palm-Biç şəhərindən Vaşinqtona uçarkən jurnalistlərlə söhbəti zamanı səsləndirib.
Trampın sözlərinə görə, Kuba faktiki olaraq gəlir mənbələrini itirib. Prezident qeyd edib ki, Havana uzun müddət Venesueladan alınan neft hesabına ayaqda qala bilirdi, lakin hazırda bu mənbə də demək olar ki, tükənib. "Kuba artıq gəlirsiz qalıb və bu vəziyyət ölkəni real çöküş həddinə gətirib", – deyə o vurğulayıb.
ABŞ-nin Kubaya qarşı mümkün hərbi müdaxiləsi ilə bağlı suala Tramp belə bir addımı zəruri hesab etmədiyini bildirib. Onun fikrincə, mövcud şəraitdə Kuba heç bir xarici müdaxilə olmadan da daxili səbəblərdən çökmək üzrədir.
Eyni zamanda, ABŞ Prezidenti Latın Amerikasındakı digər bir ölkə – Kolumbiya ilə bağlı sərt açıqlamalar verib. Tramp narkotik qaçaqmalçılığı problemini əsas gətirərək, Kolumbiyada hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib. O, regiondakı vəziyyəti "xəstəlik" adlandıraraq, kokain istehsalı və ABŞ bazarına narkotik axınının uzun müddət davam etməyəcəyini iddia edib.
Jurnalistlərin ABŞ-nin Kolumbiyada hərbi addımlar atma ehtimalı ilə bağlı sualına Tramp qısa şəkildə "bu, pis fikir kimi səslənmir" cavabını verib.
Oxşar xəbərlər
Dövlət Departamenti: Qərb yarımkürəsi ABŞ-nin müstəsna maraq zonasıdır
ABŞ Dövlət Departamenti rəsmi olaraq qərb yarımkürəsini ölkənin müstəsna maraq zonası elan edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət De...