Vaxtı ölçmək üçün yeni üsul tapılıb
İsveçin Uppsala Universitetinin alimləri zamanın ölçülməsi üçün başlanğıc nöqtəsinə ehtiyac duymayan unikal bir metod hazırlayıblar.
Bu məqsədlə fiziklər "Rydberg" vəziyyətindəki atomların xüsusiyyətlərindən istifadə edərək "kvant zaman izləri" yaradıblar. Bu tədqiqat "Physical Review Research" jurnalında dərc olunub.
"Rydberg" vəziyyətləri atomların yüksək enerjili vəziyyətləridir ki, bu zaman elektronlar nüvədən xeyli məsafəyə çəkilir. Bu cür atomlar lazerlərin köməyi ilə yaradılır və kvant mühəndisliyində geniş istifadə olunur.
Bir neçə "Rydberg" dalğasının qarşılıqlı təsirə girməsi nəticəsində unikal interferensiya naxışları - zamanın "kvant izləri" yaranır. Bu izlər hadisələrin müddətini qeyd edir və başlanğıc nöqtəsinə ehtiyac duymur.
Fiziklər helium atomlarını "Rydberg" vəziyyətinə gətirmək üçün lazerlərdən istifadə edibvvə yaranan interferensiya naxışlarını müşahidə ediblər. Hər bir naxış müəyyən bir zamana uyğun gəlir, məsələn, "4 nanosaniyə keçib".
"Bu, qaçan şəxsn sürətini ölçməyə bənzəyir: sürəti digərlərinin məlum sürətləri ilə müqayisə olunur və başlanğıc vaxtını dəqiq bilmək tələb olunmur", - deyə tədqiqatın həmmüəllifi Marta Berxolts qeyd edib.
Bu metod, 1,7 trilyonuncu saniyə hissələrinə qədər zaman intervallarını ölçmək üçün tətbiq edilə bilər. Gələcəkdə alimlər, metodun yeni şərtlərə və məqsədlərə uyğunlaşdırılması üçün digər elementlərdən və ya müxtəlif enerji səviyyəli lazerlərdən istifadə etməyi planlaşdırırlar. Bu kəşf, xüsusilə kvant miqyasında baş verən hadisələrin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir, çünki ənənəvi zaman ölçmə üsulları burada işləmir.
Oxşar xəbərlər
Tokayev: Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var
Qazaxıstan və Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və müsbət dinamika var. "Report" xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomar...