Vaşinqtonda qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" çaydan çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müstəntiqlər Vaşinqtonda qəzaya uğrayan təyyarə və helikopterdən bütün uçuş qeydlərini (qara qutular) çaydan çıxarıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) üzvü Todd İnman mətbuat konfransında məlumat verib.
"Ötən gecə biz CRJ-dən (təyyarə - red.) iki ayrı uçuş qeydi çıxardıq. Biri uçuş məlumatlarını qeyd edən cihaz idi və yaxşı deyə biləcəyimiz vəziyyətdə idi", - deyə o bildirib.
İnmanın sözlərinə görə, ikinci qeyd cihazı pilotların söhbətini yazırmış, onun içinə su dolub, lakin bu, məlumatların deşifrə edilməsi üçün aşılmayacaq problem deyil.
NTSB nümayəndəsinin qeyd etdiyi kimi, helikopterin uçuş qeydləri birləşdirilib və müstəntiqlər əmindirlər ki, onlardan da bütün lazımi məlumatları əldə edə biləcəklər.
Oxşar xəbərlər
Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi
ABŞ-də yaradılan Cathedral adlı süni intellekt startapı Anthropic şirkətinin daxili sistemlərinə sızaraq məxfi məlumatları əldə etdiyini iddia edib. BAKU.WS xəb...