Vaşinqton Postda kütləvi İXTİSAR - Redaksiya heyəti üçdə bir azalır
Yeniliklərdən dərhal xəbərdar olun
Cef Bezosun sahibi olduğu Vaşinqton Post qəzetində genişmiqyaslı ixtisar qərarı verilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, nəşr işçi heyətinin təxminən üçdə birini ixtisar edəcək. Qərara əsasən ixtisar idman, yerli və xarici xəbərlər bölmələrini əhatə edir.
Baş redaktor Matt Murray bu addımın maliyyə sabitliyi üçün atıldığını bildirib. Onun sözlərinə görə, süni intellektin yüksəlişi və oxucu vərdişlərinin dəyişməsi son illərdə qəzetin onlayn oxunmasını xeyli azaldıb.
İxtisarlar Orta Şərq və Ukraynada çalışan müxbirlərə, eləcə də Vaşinqton bölgəsi üzrə yerli xəbər komandasına təsir edib. Qərar redaksiya daxilində və keçmiş rəhbərlər tərəfindən tənqid olunub.
Qeyd olunur ki, Vaşinqton Post son dövrlər abunəçi itkisi ilə də üzləşir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...