Vanqanın proqnozları dünya gündəmində - III Dünya müharibəsi, Putin və yadplanetlilər
Bolqarıstanlı məşhur görücü Vanqanın 2026-cı illə bağlı olduğu iddia edilən "proqnozlar" yenidən dünya mediasının gündəminə gəlib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Vanqaya aid edilən proqnozlar arasında qlobal miqyasda ciddi hadisələr yer alır.
İddialara əsasən, 2026-cı ildə III Dünya müharibəsinin başlama ehtimalından, ABŞ və Rusiya arasında birbaşa qarşıdurmadan və Çinin Tayvana qarşı hərbi addım atmasından bəhs edilir.
Britaniyanın "Metro" nəşrinin yazdığına görə, Vanqaya aid edilən digər iddialar sırasında noyabr ayında yadplanetlilərlə təmas da var.
Bəzi nəşrlərdə Rusiya Prezidenti Vladimir Putinin 2027-ci il başlamadan hakimiyyəti itirə biləcəyi də iddia olunur. Bununla yanaşı, həmin proqnozların Vanqanın özünə aid olduğunu təsdiqləyən yazılı sübutların olmadığı qeyd edilir.
Hindistanın "Times of India" nəşri isə Vanqanın guya müharibənin Şərqdə başlayacağını və daha sonra qlobal münaqişəyə çevriləcəyini söylədiyini yazıb. Həmin versiyada Putinin "dünyanın hökmdarı" olacağı, Avropanın isə böyük dağıntılarla üzləşəcəyi iddia edilir.
"Daily Star"da isə 2026-cı il üçün zəlzələlər, vulkan püskürmələri və ciddi iqlim dəyişiklikləri ilə bağlı proqnozların Vanqaya aid edildiyi bildirilir.
Qeyd edək ki, Vanqanın adı ilə illərdir müxtəlif proqnozlar yayılır. Lakin onların əhəmiyyətli hissəsinin ilkin mənbə ilə təsdiqlənmədiyi və sonradan ona aid edildiyi bildirilir. Buna görə də sözügedən məlumatlar fakt deyil, Vanqaya aid edilən iddialar kimi qiymətləndirilməlidir.
Oxşar xəbərlər
Təyyarədə mühərrik qopdu: Sərnişinin başı pəncərədən çölə çıxdı
Selanikdən Memmingenə uçan "Ryanair"ə məxsus sərnişin təyyarəsində mühərrikin pərinin qopması ciddi təhlükəyə səbəb olub. BAKU.WS xarici mediaya istinadən xəbər...