Vağzalda infarkt keçirən kişi özünə gələndə hamını şoka saldı - Qatara minməliyəm, çünki işə gecikirəm
Çində dəmiryol vağzalında qatar gözlən kişi infarkt keçirib.
Lakin o, işə tələsdiyi üçün xəstəxanaya yerləşdirilməkdən imtina edib.
BAKU.WS xəbər verir ki, bu barədə "World of Buzz" məlumat yayıb.
Hadisə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Orta yaşlı kişi qıcolma keçirərək huşunu itirib. Bu, səkkiz günlük Bahar Bayramı tətilinin son günündə, Çində bir çox işçinin tətildən sonra işə qayıtdığı bir vaxtda baş verib.
Stansiya işçiləri və yerli xəstəxananın həkimi ona tez köməklik göstəriblər. Zərərçəkmiş iyirmi dəqiqədən sonra özünə gəlib, lakin o, dərhal işə getməyə tələsdiyini və buna görə də qatara minməli olduğunu bildirib.
Üstəlik, o, həkimə xəstəxanaya yerləşdirilmək üçün heç bir səbəb olmadığını bildirib. Lakin həkimlər onun yıxılaraq xəsarət ala biləcəyini izah edərək xəstəxanaya getməyə israr ediblər. Kişi xeyli isrardan sonra tibb məntəqəsinə getməyə razılaşıb.
Oxşar xəbərlər
Suriya hökuməti ilə SDQ arasında razılaşma əldə olundu
Suriyadakı müvəqqəti hökumətlə Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı arasında razılaşma əldə edilib. BAKU.WS Oxu.Az0a istinadən xəbər verir ki, bu...