ÜST hantavirusla bağlı xəbərdarlıq etdi: Yeni yoluxmalar arta bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirusla bağlı yeni xəbərdarlıq yayıb.
BAKU.WS xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus İspaniyanın Madrid şəhərində keçirilən mətbuat konfransında çıxışı zamanı yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alına biləcəyini bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət genişmiqyaslı epidemiyaya işarə etməsə də, hantavirusun uzun inkubasiya dövrü riskləri artırır.
Qebreyesus beynəlxalq ictimaiyyəti ehtiyatlı olmağa çağıraraq bildirib:
"İnkubasiya dövrünün uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması ehtimalı yüksəkdir".
Məlumata görə, Hollandiya bayrağı altında üzən MV Hondius adlı lüks sərnişin gəmisi aprelin 1-də Argentinanın Uşuaya limanından yola düşüb.
Səyahət zamanı bir neçə sərnişində hantavirus simptomları aşkarlanıb. Sonradan üç nəfərin virus səbəbindən öldüyü bildirilib. Yoluxma halları İspaniya, Fransa və ABŞ daxil olmaqla müxtəlif ölkələrdə qeydə alınıb.
ÜST mayın 2-də gəmidə hantavirus hallarının təsdiqləndiyini açıqlayıb. Daha sonra İspaniya ilə aparılan danışıqlardan sonra gəminin sərnişinlərinin təxliyəsi üçün Tenerife adası istiqamətinə yönləndirilməsinə qərar verilib.
Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Virus qurumuş sidik, nəcis və tüpürcək hissəciklərinin hava yolu ilə insan orqanizminə daxil olması nəticəsində yoluxur. Xəstəlik yüksək hərarət, əzələ ağrıları, halsızlıq, tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək çatışmazlığı kimi ağır fəsadlara səbəb ola bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...