Unikal təhsil sistemi, ödənişsiz çimərliklər: Kanar adalarının fərqli xüsusiyyətləri

Unikal təhsil sistemi, ödənişsiz çimərliklər: Kanar adalarının fərqli xüsusiyyətləri
Video
Dünya 27

Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında Atlantik okeanında yerləşən, Lanzarot mağaraları, Fuertoventura çimərliyi ilə məşhur olan Kanar adalarından bəhs edilib. Burada həyat okeanla sıx bağlıdır: uşaqlar kiçik yaşlarından üzməyi öyrənir, sörfinq isə ən populyar idman növlərindən biri hesab olunur.

İspaniya qanunvericiliyinə əsasən, adalardakı bütün çimərliklər pulsuzdur və ödənişli çimərliklərin fəaliyyəti qadağandır.

Adalarda ekologiyanın qorunmasına xüsusi önəm verilir. Günəş enerjisindən geniş istifadə olunur, aloe plantasiyaları isə həm iqtisadiyyatın, həm də gündəlik həyatın bir hissəsinə çevrilib. Yerli sakinlər təbiətlə harmoniyada yaşamağa üstünlük verirlər.

Təhsil sistemi də fərqli yanaşması ilə diqqət çəkir. Valideyn iclasları ümumi keçirilmir, hər bir ailə ilə müəllim arasında fərdi və məxfi görüş təşkil olunur. Maddi imkanı zəif olan ailələrin övladları isə məktəbdə ödənişsiz qidalanma imkanından yararlanırlar.

Kanar adalarının maraqlı cəhətlərindən biri də qayaların içində salınmış yaşayış evləridir. Yayda sərin, qışda isti olan bu evlərdə bu gün də insanlar yaşayır və əsrlərdir davam edən ənənəni qoruyub saxlayırlar.

Kanar adaları

Baku TV

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər