Ukraynaya kütləvi raket hücumu olub: Onlarla ölən və yaralanan var

Rusiya ordusu ötən gecə Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumu təşkil edib.
Hücum nəticəsində 30-dan çox şəhər və kənd raket atəşinə məruz qalıb.
Ukrayna Hərbi Hava Qüvvələri açıqlayıb ki, hücum zamanı Rusiya tərəfi müxtəlif tipli silahlardan – o cümlədən 9 ədəd "İskəndər-M-KN-23" ballistik raketindən, 55 ədəd Kh-101 və "Kalibr" qanadlı raketlərdən, Qara dəniz üzərindən buraxılmış Tu-22M3 təyyarəsindən atılan bir ədəd X-22 raketindən və taktiki təyyarələrlə buraxılmış 4 ədəd Kh-59/69 idarə olunan raketdən istifadə edib.
Eyni zamanda, hücumda pilotsuz uçuş aparatları (PUA) da iştirak edib.
Ukrayna hərbçiləri hava hücumunun bir hissəsini dəf edə bilsələr də, çoxsaylı zərbələr nəticəsində ciddi dağıntılar və insan itkiləri baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin verdiyi məlumata əsasən, hücumlar nəticəsində Kiyev də daxil olmaqla 30-dan artıq yaşayış məntəqəsi zərər görüb. Son məlumata görə, azı 13 nəfər həlak olub, 50-dən çox mülki şəxs isə müxtəlif dərəcəli xəsarət alıb.
Hücumdan sonra ərazidə xilasetmə və bərpa işləri davam etdirilir.
Makariv, the Kyiv region…. the entire small town neighborhood wiped out.
— Illia Ponomarenko 🇺🇦 (@IAPonomarenko) May 25, 2025
Russia can’t defeat Ukraine on battlefields so it keeps trying to break it by just terror bombing the civilian population every single night. pic.twitter.com/Gzw0In9nTN
Oxşar xəbərlər
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
Rusiya və Ukrayna daha əvvəl İstanbulda əldə olunan razılaşmalar çərçivəsində mayın 24-də yeni əsir mübadiləsi həyata keçirib. BAKU.WS "Report"a istinadən xəbər...
