Ukraynalı sabiq nazir sərhəddə saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın sabiq energetika naziri Herman Qaluşşenko fevralın 15-nə keçən gecə ölkədən çıxmağa cəhd edərkən saxlanılıb.
BAKU.WS xəbər verir ki, o, qatarla dövlət sərhədini keçmək istəyərkən nəqliyyat vasitəsindən endirilib.
Bildirilir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu tərəfindən sabiq məmurla bağlı araşdırma aparılır və sərhəd xidməti bu çərçivədə məlumatlandırılıb.
İstintaq çərçivəsində energetika sektorunda mümkün maliyyə pozuntuları araşdırılır. Qeyd olunur ki, məsələ ilə bağlı yayımlanan bəzi telefon danışığı qeydlərində sabiq nazirin də adının hallandığı iddia olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...