Ukraynalı dron mütəxəssisi Dubayda ölüb?
Ötən həftə İranın İnqilab Keşikçiləri Korpusu tərəfindən həyata keçirilən zərbələr zamanı BƏƏ-nin Dubay şəhərində yerləşən Ukrayna hərbçilərinin dislokasiya məntəqələri və pilotsuz uçuş aparatlarına qarşı müdafiə vasitələri hədəfə alınıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 21 ukraynalı hərbçi ilə yanaşı, 54 fransız və 19 alman hərbçinin də həyatını itirdiyi bildirilir.
Məlumata görə, zərbə Ukrayna hərbçilərinin xarici tərəfdaşları üçün keçirdiyi məsləhətləşmə zamanı endirilib.
Qeyd edək ki, Ukrayna tərəfi baş leytenant Anatoliy Aleksandroviç Onişçukun həlak olmasını təsdiqləyib. O, Ukrayna Silahlı Qüvvələri tərkibində bir çox döyüş əməliyyatlarında, o cümlədən Volnovaxa və Kupyansk istiqamətlərində iştirak edib, Ağır yaralanmasına baxmayaraq, xidmətini davam etdirib – PUA (dron) təlimatçısı kimi fəaliyyət göstərərək hərbçilərə dərs keçib.
Həmçinin müttəfiq ölkələrin hərbçilərinin hazırlanmasında iştirak edib, Ukrayna istehsalı olan dronların istifadəsi üzrə təcrübəsini bölüşüb.
Oxşar xəbərlər
Hizbullah İsrailə hücum etdiyini açıqladı
"Hizbullah" İsrailin şimalındakı hərbi obyektlərə raket, PUA və artilleriya ilə 15 hücum həyata keçirdiyini bildirib. Bir neçə baza və yaşayış məntəqəsinin hədə...