Ukraynada yüz minlərlə elektrik sayğacı rus hakerlərinin nəzarətinə keçib

Ukraynada yüz minlərlə elektrik sayğacı rus hakerlərinin nəzarətinə keçib
Dünya 59

Rusiyalı hakerlər 800 000-dən çox ukraynalının elektrik sayğacına çıxış əldə edib.

BAKU.WS xəbər verir ki, bu barədə keçmiş haker, Pavel Sitnikov "Gazeta.Ru" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynada enerji istehlakını qeydə alan cihazlara nəzarəti ələ keçirib. O, həmçinin əlavə edib ki, bu çıxış adi vətəndaşlara zərər vurmaq üçün istifadə olunmayacaq.

"Mən bu əməliyyatda iştirak etdiyim üçün qürur duyuram. Rusiyalı hakerlər Ukraynada 800 000-dən çox elektrik sayğacına çıxış əldə edib. ", – deyə Sitnikov bildirib.

Nəşrin müxbirinə təqdim edilən nümunəyə əsasən, bazada 469 737 şəxsi kabinetin və onlara bağlı 827 392 elektrik sayğacının məlumatları yer alıb. Burada istifadəçilərin adları, telefon nömrələri, e-poçt ünvanları və fiziki adresləri kimi şəxsi məlumatları da mövcuddur.

Son xəbərlər