Ukraynada metapnevmo virusu epidemiyası başlayıb
Ukraynada metapnevmo virusunun yayılması qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna İnfeksionistlər Assosiasiyasının prezidenti professor Olqa Qolubovskaya məlumat verib. O, faktiki yoluxma hallarının rəsmi statistikadan daha çox olduğunu vurğulayıb.
Virus tənəffüs yollarını təsir edərək xüsusilə azyaşlı uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün təhlükə yaradır. Ukraynalı mütəxəssislər ölkədə respirator xəstəliklərin artımını əvvəlcədən proqnozlaşdırıblar.
Metapnevmo virusundan qorunmaq üçün əl gigiyenasına riayət etmək, əlləri antiseptiklə təmizləmək, məkanları havalandırmaq və virus simptomları olan insanlarla təmasdan çəkinmək tövsiyə olunur.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...