Ukraynada mer şəhər şurasının katibini döyüb

Ukraynada mer şəhər şurasının katibini döyüb
Dünya 163

Ukraynanın Kiyev vilayətinin Vasilkov şəhərinin meri şəhər şurasının katibini döyüb.

BAKU.WS xəbər verir ki, bu barədə Vasilkov şəhər şurasının katibi Boqdan Şevçuk öz feysbuk səhifəsində yazıb.

O bildirib ki, iş yerində şəhər meri Natalya Balasinoviç tərəfindən döyülüb. Vəzifəli şəxs xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Şevçukun sözlərinə görə, insident şəhər şurasının binasında baş verib.

"Şəhər meri Natalya Balasinoviçlə aramızda bir hadisə baş verdi və nəticədə mən xəsarətlər aldım və Kiyev Şəhər Klinik Xəstəxanası №12-yə hospitalizasiya olundum",-deyə Şevçuk qeyd edib.

Zərərçəkən bildirib ki, sağlamlığına ciddi ziyan dəyib. O əlavə edib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, 2019-cu ildə Balasinoviç keçmiş əri ilə mübahisə zəminində konsyerji döydüyünə görə də gündəm olub.

Oxşar xəbərlər

BRICS vahid ödəniş sistemini işə sala bilər

BRICS vahid ödəniş sistemini işə sala bilər

BRICS-ə üzv ölkələr ticarət və turizm sahələrində vahid ödəniş sisteminin yaradılması məqsədilə mərkəzi bankların rəqəmsal valyutalarının birləşdirilməsi imkanl...

19 Dünya 11:02 26 yanvar 2026

Son xəbərlər