Ukraynada döyüşən amerikalıların sayı artır - Həlak olanların cəsədləri axtarılır

Ukraynada döyüşən amerikalıların sayı artır - Həlak olanların cəsədləri axtarılır
Dünya 146

Ukraynada döyüşən amerikalıların sayı artır, cəsədlərin geri gətirilməsi çətinləşir.

BAKU.WS CNN-in araşdırmasına istinadən xəbər verir ki, Ukraynanın ön cəbhəsində döyüşən 20-dən çox amerikalı itkin düşüb, son altı ayda isə xarici könüllülər arasında itkilər artıb.

Son altı ayda Ukrayna ordusunda döyüşən ən azı beş amerikalının cəsədi döyüş meydanından çıxarıla bilməyib. Onlardan ikisi uzun danışıqlardan sonra Rusiyanın nəzarətindəki ərazidən Ukraynaya qaytarılıb.

Amerikalı döyüşçülərdən biri Ukraynanın şərqində bir körpünü partlatmaq tapşırığı zamanı pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olub.

Sağ qalan amerikalı döyüşçü "Redneck" ləqəbi ilə tanınan əsgər isə döyüşün çətin şəraitdə baş verdiyini bildirib.

Daha bir amerikalı döyüşçü Rusiyanın Bryansk vilayətində vuruşarkən öldürülüb. Onun cəsədi sosial mediada nümayiş etdirilib, lakin uzun danışıqlardan sonra Ukraynaya qaytarılıb.

Ukraynanın Daxili İşlər Nazirliyi təsdiqləyib ki, 20-dən çox amerikalı hələ də itkin düşmüş sayılır. Onların cəsədlərinin geri qaytarılması və tanınması prosesi çətin və uzun çəkir.

Son xəbərlər