Ukraynada azərbaycanlı hərbçi itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna ordusunun azərbaycanlı hərbçisi itkin düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Gülmalıyev Zamiq Şakir oğlu Donetsk vilayəti istiqamətində itkin düşüb.
Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z. Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.
İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.
Qeyd edək ki, itkin düşən azərbaycanlı hərbçi İvano-Frankovsk şəhərində yaşayıb və buradan orduya yollanıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...