Ukraynada atəşkəs qərarı gözlənilir
ABŞ Dövlət katibi Marko Rubio Ukraynada atəşkəsin mümkünlüyü ilə bağlı qərarın bir neçə gün ərzində veriləcəyini açıqlayıb.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, Rubio bu barədə Parisdə, Fransanın Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə keçirilən Ukrayna sammitindən sonra, Le Burje hava limanında jurnalistlərə açıqlama verib.
"Qısa müddətdə bu məsələnin mümkün olub-olmadığını müəyyənləşdirməliyik. Əgər mümkün deyilsə, yolumuza davam edəcəyik", – deyə Rubio bildirib.
O qeyd edib ki, Kreml və Kiyev arasında sülh əldə olunmazsa, ABŞ digər məsələlərlə məşğul olacaq. Rubio həmçinin Avropa ölkələrinin görüşlərdə konstruktiv mövqe sərgilədiyini və gələcək danışıqlarda da iştirak etmələrini istədiklərini vurğulayıb.
Fransız rəsmilər isə görüşləri "mükəmməl" adlandırıb və gələn həftə Londonda yeni bir sammitin keçiriləcəyini elan ediblər.
Rubio ABŞ-ın son üç ildə Ukraynaya dəstək verdiyini xatırladaraq, danışıqların davam etdiriləcəyini və Avropa ölkələrinin sülh axtarışlarında mühüm rol oynaya biləcəyini bildirib.
O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əksəriyyətinin Avropa ölkələrinə məxsus olduğunu və bu səbəbdən ABŞ-nin onları təkbaşına ləğv edə bilməyəcəyini də sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Dünyada Yeni il adət və inancları: kukla yandırmaq, üzüm yemək…
Yeni il bayramı dünyanın müxtəlif ölkələrində fərqli adət və inanclarla qeyd olunur. Rəsmi mənbələrin araşdırmasına görə, bu bayram həm keçmiş ili yekunlaşdırma...