Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiy güllələnib

Ukraynanın Lvov şəhərində avqustun 30-da yerli vaxtla günorta saat 12 radələrində xalq deputatı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi və Ali Radanın keçmiş spikeri Andrey Parubiy atışma nəticəsində öldürülüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin "Telegram" kanalı və hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.
Polisin məlumatına görə, bu gün günorta radələrində Lvovun Frankovski rayonunda atışma olması barədə zəng daxil olub. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə keçinib. Müəyyən edilib ki, ölən şəxs 1971-ci il təvəllüdlü tanınmış ictimai-siyasi xadimdir.
Hüquq-mühafizə orqanları atəş açan şəxsin kimliyini və onun harada olduğunu müəyyən etmək üçün bütün tədbirləri görürlər. Bütün detallar cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və həcmdə açıqlanacaq.
Lvov Regional Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitskinin sözlərinə görə, Lvov vilayətində Andrey Parubiyi öldürən şəxsin axtarışları üçün bütün müvafiq xidmətlər cəlb olunub. Parubiyin həkimlər gələnə qədər öldüyü bildirilir.
Ukrayna "Telegram" kanallarının ilkin məlumatlarına görə, siyasətçiyə səkkiz dəfə atəş açılıb. Hücum edən şəxs çatdırılma xidmətinin kuryeri olub. O, cinayət yerindən qaçıb.
Parubiyi vuran şəxsin fotoşəkli də yayılıb. Onun "Qlovo" xidmətinin kuryeri olduğu deyilir.
Şirkətin baş ofisi İspaniyadadır və onun xidməti Ukrayna da daxil olmaqla, 25-dən çox ölkədə mövcuddur.
Qalereya
Oxşar xəbərlər
Ukrayna Rusiyada iki neft emalı zavodunu vurub: Güclü yanğın baş verib
Ukrayna Baş Qərargahı Rusiyanın Krasnodar və Sızran şəhərlərində iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hə...
