Ukrayna Rusiyanın Penza vilayətindəki neft bazasını vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna müdafiə qüvvələri yanvarın 23-də Rusiyanın Penza vilayətindəki "Penzanefteprodukt" neft bazasını vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Telegram" kanalı məlumat yayıb.
"Düşmənin hücum imkanlarının, hərbi-iqtisadi potensialının sistemli və planlı şəkildə azaldılması çərçivəsində Rusiyanın Penza vilayətindəki "Penzanefteprodukt" neft bazası vurulub", - məlumatda bildirilib.
Qeyd olunub ki, obyektdə yanğın baş verib, dəyən ziyanın miqyası dəqiqləşdirilir.
"Həmçinin müvəqqəti işğal olunmuş Krım ərazisində, Frunze yaşayış məntəqəsi yaxınlığında yerləşən "Podlet" radiolokasiya stansiyasının vurulması təsdiqlənib. Bundan əlavə, müvəqqəti işğal olunmuş Donetsk vilayəti və Belqorod vilayəti ərazilərində Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazi vurulub. İtkilər dəqiqləşdirilir", - xəbərdə qeyd olunub.
Oxşar xəbərlər
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda "süni intellekt" (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşd...