Ukrayna Rusiyada iki neft emalı zavodunu vurub: Güclü yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Baş Qərargahı Rusiyanın Krasnodar və Sızran şəhərlərində iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hər iki halda zərbələr nəticəsində obyektlərdə yanğınlar qeydə alınıb.
Krasnodar Neft Emalı Zavodu ildə üç milyon ton həcmində yüngül neft məhsulları - benzin, dizel, aviasiya yanacağı istehsal edir. Rusiya Federasiyasının silahlı qüvvələrinin təminatında iştirak edir.
Sızran zavodu benzin, dizel və aviasiya kerosini ilə yanaşı, mazut və bitum da istehsal edir və emal həcmi 2025-ci ilin avqust ayına qədər ildə 8.5 milyon ton təşkil edib.
Qeyd edək ki, ötən gecə Ukrayna dronları Krasnodar və Sızrandakı neft emalı zavodlarına hücum edib. Hər iki şəhərdə böyük yanğınlar baş verib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...