Ukrayna PUA-sı Stavropolda neft bazasının ərazisinə düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Stavropolun Svetloqrad şəhərində yerləşən neft bazasının ərazisinə pilotsuz uçuş aparatı düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə bölgənin rəhbəri Vladimir Vladimirov öz Telegram kanalında məlumat verib.
"Zərərçəkən yoxdur. Hadisə yerində təcili xidmətlər çalışır", - deyə o bildirib.
Ukrayna tərəfindən edilən kütləvi hücum səhərə qədər davam edib. Atılan pilotsuz aparatların sayı dəqiqləşdirilir, deyə qubernator qeyd edib.
Qeyd edək ki, 1 noyabr gecəsi Rusiyanın Müdafiə Nazirliyi Rusiya bölgələri üzərində hava hücumundan müdafiə qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinə məxsus 88 pilotsuz təyyarəni vurduğunu açıqlayıb. Onlardan beşi Oryol vilayətində vurulub. Qubernator əlavə edib ki, xəsarət alan və dağıntı yoxdur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...