Ukrayna ordusu daha bir F-16 təyyarəsini itirdi
Ukrayna Silahlı Qüvvələri növbəti "F-16" qırıcı təyyarəsini itirib.
Bu barədə "Hərbi icmal" ("Военное обозрение") məlumat yayıb.
Hərbi müxbirlərin bildirdiyinə görə, sosial şəbəkələrdə qəzanın mümkün səbəbləri fəal şəkildə müzakirə olunur.
ABŞ istehsalı olan daha bir qırıcı təyyarənin itirilməsi ilə bağlı məlumat 16 may səhər saatlarında yayılıb. Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, "F-16" təyyarəsində hava hücumunun dəf edilməsi zamanı qeyri-adi vəziyyət yaranıb.
Qeyd edilir ki, pilot katapulta ilə təyyarədən atılmağa nail olub və onun həyatı təhlükədə deyil.
Hadisənin bütün detalları ilə bağlı araşdırma aparmaq üçün Ukrayna Hərbi Hava Qüvvələrində xüsusi komissiya yaradılıb.
Oxşar xəbərlər
Dünya siyasəti: 2025-ci ilin əhəmiyyətli hadisələri və 2026-cı ilə ötürülən miras
Yola saldığımız 2025-ci ildə qlobal güclərin yürütdüyü siyasət, regional münasibətlərə təsir göstərmiş bir çox hadisələr baş verdi. Əvvəlki illərdə olduğu kimi,...