Ukrayna Fransanın "Rodeur" zərbə dronlarını alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın silah arsenalı Fransada istehsal olunan yeni zərbə dronları ilə genişlənib.
BAKU.WS xəbər verir ki, Fransanın "EOS Technologie" şirkəti Ukraynaya "Rodeur 330" tipli bir neçə pilotsuz uçuş aparatı təhvil verib.
Şirkətin rəhbəri Jan-Mark Zuliani bu addımın Qərb istehsalçıları üçün dronların real döyüş şəraitində sınaqdan keçirilməsi baxımından mühüm imkan yaratdığını bildirib. Onun sözlərinə görə, Avropada əsasən müdafiə xarakterli istifadə edilən bu dronlar Ukraynada daha çox hücum məqsədli tətbiq olunur.
"Rodeur 330" həm kəşfiyyat tapşırıqlarını yerinə yetirmək, həm də kamikadze hücumlarında istifadə olunmaq üçün nəzərdə tutulub. Texniki göstəricilərə görə, dron 5 saata qədər havada qala, 4 kiloqram faydalı yük daşıya və 500 kilometrə qədər məsafədə fəaliyyət göstərə bilir. Aparatın qanad açıqlığı 3,3 metr, maksimal sürəti isə 120 km/saat, uçuş hündürlüyü isə 5 min metr təşkil edir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...