Ukrayna Aİ-dən sonra SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"Ukrayna azadlığa dəyər verən və bunun uğrunda mübarizə aparmağa həqiqətən hazır olan xalqları dəstəkləyir. Bütün dünya İranda baş verənləri, qətllərin sayını və İran rejiminin bölgədə və dünyada müharibə və zorakılığın yayılmasına necə töhfə verdiyini görür.
Ukrayna şəhərlərimizə və kəndlərimizə, xalqımıza hücum edən minlərlə "Şahed"in heç birini unutmayacaq. Avropadakı başqalarının bizi, Ukraynanı, daha çox fəaliyyətə və daha böyük bütövlüyə çağıran avropalıları və İran məsələsində iranlıların özlərini necə eşitdiyini görürük", - Ukrayna lideri bildirib.
Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı SEPAH-ı terror təşkilatları siyahısına salıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...