Ukrayna-ABŞ əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermakın amerikalı senatorlarla görüşündə Kiyevlə Vaşinqton arasında hərbi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə A.Yermak sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, görüş zamanı Ukrayna nümayəndə heyəti, həmçinin birgə istehsal güclərinin genişləndirilməsi, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və Rusiyanın dondurulmuş aktivlərinin hesabına uzaqmənzilli silahların alınması mövzularına toxunub.
Eyni zamanda, ukraynalı uşaqların qaytarılması məsələsinə də xüsusi diqqət ayrılıb.
Oxşar xəbərlər
Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində şəhərlərarası avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 22 nəfər yaralanıb. BA...