UEFA Millətlər Liqası: Türkiyə millisi səfərdə Macarıstana üç cavabsız qol vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Macarıstan millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A/B Liqasının ikinci pley-off oyunu başa çatıb.
BAKU.WS Oxu.az-a istiandən xəbər verir ki, görüşdə Türkiyə komandası səfərdə 0:3 hesabı ilə qalib gəlib, iki görüşün ümumi hesabı 6:1 olub.
Qarşılaşmada hesab 37-ci dəqiqədə Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun penaltidən vurduğu qolla açılıb. 39-cu dəqiqədə Arda Güler hesabda fərqi ikiyə çatdırıb. 90-cı dəqiqədə Abdülkerim Bardakcı matçda son nöqtəni qoyub - 3:0.
Xatırladaq ki, ilk pley-off oyunu 3:1 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...