Üç gün əvvəl vəfat edən müğənninin velosipedi muzeydə nümayiş olunur
Üç gün əvvəl vəfat edən müğənni İlhan Şeşenin velosipedi muzeydə nümayiş olunur.
BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Oyuncaq Muzeyi yaradıcılarından olan Sunay Akın bildirib.
O qeyd edib ki, sənətçi velosipedini özü gətirib ora təhvil verib:
"Mənə zəng vurub muzeyə gələcəyini dedi. Amma sadə insan idi. Onun qarşılamağımı heç vaxt istəmirdi. Bir də baxdım ki, küçənin sonunda bir velosiped var. O velosipedi sürərək muzeyin yanına gəldi. "Artıq bu velosiped sənindir" dedi və mənə verdi".
Xatırladaq ki, xərçəngdən əziyyət çəkən ifaçı 76 yaşında dünyasını dəyişib.
Ona 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulub.
İfaçının "Sarılınca sana", "Ellerimde çiçekler" ve "Neler oluyor bize" kimi məşhur mahnıları var. İ.Şeşen "Paramparça", "Saklı", "Aşk yalanı sever", "Annem", "Aliye" kimi bir çox ekran işində də rol alıb.
Qalereya
Oxşar xəbərlər
Putin Rusiyanın Ukrayna ilə sülhlə bağlı dialoq üçün şərtlərini açıqlayıb
Rusiya Ukrayna ilə sülh haqqında dialoqa yalnız ərazi üzərindəki reallıqlar əsasında hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prez...