Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb: Pilot həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məxsus yanğınsöndürmə təyyarəsinin Xorvatiyada qəzaya uğraması ilə bağlı daha ətraflı məlumat açıqlanıb.
BAKU.WS "CNN Türk"ə istinadən xəbər verir ki, qəza təyyarənin təxminən 5 min fut yüksəklikdə bulud qatına daxil olduğu anda baş verib.
Məlumata əsasən, əlverişsiz hava şəraiti səbəbindən təyyarə planlaşdırılmış marşrutla Zaqreb hava limanına eniş edə bilməyib və kursunu dəyişməli olub. Həmin vaxt yaşanan çətin meteoroloji şərait qəzanın əsas versiyası kimi qiymətləndirilir.
Rəsmi şəxslər bildiriblər ki, AT802 tipli yanğınsöndürmə təyyarəsi texniki baxım üçün Xorvatiyaya göndərilirdi. İki təyyarədən biri yönləndirildiyi Reyka hava limanına təhlükəsiz eniş etsə də, digəri ilə radio əlaqəsi kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatı başladılıb.
Axtarışların nəticəsində təyyarənin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı hadisə ilə bağlı açıqlamasında pilotun həlak olduğunu təsdiqləyib:
"Bu faciəvi qəzada həyatını itirən pilotumuza Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Böyük xalqımıza başsağlığı verirəm".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...