Türkiyənin Turizm Naziri Mehmet Nuri Ersoy istefa verib?

Türkiyənin Turizm Naziri Mehmet Nuri Ersoy Kartalkaya xizək kurortundakı hoteldə baş verən faciəvi yanğından sonra istefa vermək üçün Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib.
BAKU.WS xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, Ersoy yanvarın 21-də keçirilən hökumət iclasında prezidentdən onu vəzifəsindən azad etməsini istəyib. Lakin hökumət daxilində struktur dəyişikliklərinin fevral ayında həyata keçirilməsi planlaşdırıldığı üçün bu tələb hələ ki, qəbul edilməyib. Məlumata görə, hökumətdə yeddi nazirin dəyişdirilməsi gözlənilir.
Qeyd edək ki, yanğın yanvarın 21-də gecə saatlarında Kartalkaya xizək kurortundakı hoteldə baş verib. Hadisə zamanı oteldə 238 qonaq olub. Rəsmi açıqlamalara əsasən, yanğın nəticəsində 78 nəfər həyatını itirib, 50-dən çox insan isə xəsarət alıb.
Oxşar xəbərlər
ABŞ-nin keçmiş senatoru Menendesin erməni arvadı dörd il yarım həbs cəzasına məhkum edilib
ABŞ-nin ermənipərəst senator Bob Menendesin həyat yoldaşı Nadin Menendes (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib. B...
