Türkiyədə neft emalı zavodunda baş vermiş partlayışda 12 nəfər xəsarət alıb

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda neft emalı zavodunda baş verən yanğında 12 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sabah" qəzeti Tüpras zavodunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
"İlkin məlumata görə, 12 həmkarımız yüngül bədən xəsarətləri alıb və müayinə olunmaq üçün xəstəxanaya göndərilib. Yanğın lokallaşdırılıb. Neft emalı zavodunda gələcək fəaliyyətlər həmişəki kimi davam edir", - Tüpras açıqlamasında bildirib.
Kocaeli qəzeti xəbər verir ki, neft emalı zavodunda baş verən partlayış o qədər güclü olub ki, yerli sakinlər bunun zəlzələ olduğunu zənn ediblər. Obyektin özünə dəyən ziyanla bağlı ətraflı məlumat yoxdur.
***16:19
Türkiyənin neft emalı zavodunda partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, insident ölkənin şimal-qərbindəki Tüpras neft emalı zavoduna məxsus ərazidə baş verib.
Qeyd olunur ki, müəssisənin ərazisindən tüstü səmaya qalxır. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım maşınları və təhlükəsizlik qüvvələri göndərilib.
Oxşar xəbərlər
ABŞ-də kişi balıq tutarkən 150 illik gəmi qalıqları tapıb
ABŞ-nin Florida ştatında yaşayan bir kişi balıq ovu zamanı təxminən 150 illik gəmi qalıqlarına rast gəlib. BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" məlumat...
