Türkiyənin daha iki şəhərində aksiyalar qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Ankara və İzmir şəhərlərində də mətbuata açıqlamalar və aksiyalar qadağan edilib.
BAKU.WS "NTV" portalına istinadən xəbər verir ki, bu barədə qərarı sözügedən şəhərlərin valilikləri açıqlama yayıb.
Bildirilib ki, hər iki şəhərdə qadağa martın 25-i 23:59-a qədər qüvvədə olacaq.
Xatırladaq ki, bundan əvvəl eyni hal İstanbulda tətbiq edilib. Buna səbəb martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılmasıdır. Bunun ardınca İstanbul, Ankara, İzmir və digər şəhərlərdə etiraz aksiyası keçirilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...