Türkiyənin bu şəhərinə güclü qar yağdı

Türkiyənin bu şəhərinə güclü qar yağdı
Foto
Dünya 58

Türkiyənin Qars şəhərində gecə saatlarından başlayaraq güclü qar yağıb.

BAKU.WS xəbər verir ki, gün ərzində davam edən yağış axşam saatlarından yerini qara verib və gecə boyu fasilələrlə yağan qar nəticəsində şəhər mərkəzi tamamilə ağ örtüyə bürünüb.

Qar park halında olan avtomobillərin üzərini, tarixi binaların damlarını və küçələri örtərək əsl soyuq qış mənzərəsi yaradıb.

Baharın gəlişi ilə çiçək açmış ağaclar da qar altında qalıb.

Əlverişsiz hava şəraiti nəqliyyata da təsirsiz ötüşməyib.

Qar və güclü külək səbəbindən Qars-Digor yolunda hərəkət çətinləşib, bəzi ərazilərdə isə nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Görüş məsafəsinin xeyli azalması sürücülər üçün təhlükəli vəziyyət yaradıb və onlar yolda çətin anlar yaşayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər