Türkiyəni matəmə boğan hadisə ilə bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kartalkaya bölgəsində xizək kurortunda 76 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı yayımlama qadağası aradan qaldırılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarı RTÜK sədri Ebubekir Şahin açıqlayıb.
"Yayım qadağasına əməl edən və məsuliyyətli davranan bütün media qurumlarına təşəkkür edirik", - deyə o, bildirib.
Xatırladaq ki, Boluda Kartalkaya xizək mərkəzində otellərdən birində baş verən yanğında 76 nəfər həyatını itirib, dünən günortadan sonra tətbiq edilən yayım qadağası bu gün səhər saatlarından etibarən aradan qaldırılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...