Türkiyəli həkim: "Son bir ayda COVID-19-a yoluxanların sayı artıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə koronavirusa yoluxma halları artıb.
BAKU.WS xəbər verir ki, bu barədə EKOL TV-yə həkim professor Muhammed Emin Akkoyunlu bildirib.
Onhun sözlərinə görə, virusa yoluxma hallarında son bir ayda canlanma müşahidə edilir.
"Son bir aydır xəstəxanamızda COVID-19-a yoluxanların sayının artdığını müşahidə edirik. Müraciət edən vətəndaşlar qripə yoluxduqlarını bildirirlər. Lakin sonradan bunun koronavirus olduğu müəyyən edilir. Yüngül simptomlarla gələnlərlə yanaşı həyatı üçün təhlükə yaranan xəstələrimiz də olub. Biz onları reanimasiyaya yerləşdirmişik".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...