Türkiyədən Yunanıstana güc nümayişi

Türkiyədən Yunanıstana güc nümayişi
Foto
Dünya 137

Türkiyənin "Mavi Vətən 2025" təlimi bölgədəki tarazlığı dəyişdirəcək xarakter daşıyır.

BAKU.WS xəbər verir ki, qonşu ölkə bu əməliyyatı Qara dəniz, Egey və Şərqi Aralıq dənizində həyata keçirir.

Yunanıstanın "Heron" İHA-ları ilə yaxından izlədiyi təlim, həm Türkiyənin gücünü, həm də bölgədəki strateji qərarlılığını ortaya qoyur.

90 gəmi, 50 təyyarə və 20 min personalın iştirak etdiyi "Mavi Vətən 2025", hava hücumundan müdafiə atışlarından tutmuş quru bombardmanlarına qədər bir çox mühüm ssenariləri özündə birləşdirir.

Təlim yerli və milli qaynaqlarla gücləndirilən Türkiyə donanmasının effektivliyinin yoxlanılması baxımından böyük əhəmiyyət kəsb edir.

Təlimin ilk günlərində Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "Heron" PUA-nın Türkiyə hava məkanından bir qədər kənarda, müşahidə apardığı görülüb. Yunanıstanın bunu yaxından izlənilməsi regionda artan gərginliyin əksi kimi qiymətləndirilir.

Yunan mətbuatı da "Mavi Vətən Təlimi"ni yaxından izləyir.

CNN Yunanıstan "Mavi Vətən: Türklər üç ildən sonra Egeyə meydan oxuyur" başlığını dərc edərkən, digər nəşr, "Kathimerini" qəzeti Türkiyənin daxili müdafiə layihələri və dəniz gücünə diqqət çəkib.

Müdafiə siyasəti üzrə analitik Turan Oğuz Türkiyənin bu təlimlə həm bölgədəki rəqiblərinə, həm də beynəlxalq aktyorlara güclü mesaj göndərdiyini bildirib.

Təlimdə müəyyən adaların ələ keçirilməsinə əsaslanan ssenarilər Yunanıstan ictimaiyyətində panikaya səbəb olur.

Son xəbərlər