Türkiyədən Rusiyaya uçan təyyarə Litvada məcburi eniş edib

İstanbul-Moskva reysini həyata keçirən Türkiyə aviaşirkətinə məxsus Airbus A330 təyyarəsi qəza siqnalı verərək, marşrutun dəyişdirilməsini istəyib və bundan sonra Belarus-Litva sərhədinə doğru hərəkət edib.
BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks" fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Airbus A330 təyyarəsinin kapitanı kursun dəyişdirilməsini tələb etdikdən sonra yanacaq bitməyə başlayıb və qəza siqnalı verib.
"Təyyarə Vilnüsə planlaşdırılmamış eniş edib. Heç kim xəsarət almayıb", - deyə agentliyin mənbəsi yekunlaşdırıb.
Oxşar xəbərlər
Çexiyada qadın gəzinti zamanı xəzinə TAPIB
Çexiyada gəzinti zamanı bir qadın içərisində 2150-dən çox gümüş dinar olan keramika qab tapıb. BAKU.WS-in məlumatına görə, bu brədə "Independent" qəzeti yazıb....
