Türkiyədə yeni nazirlik yaradılır

Türkiyə Prezident Administrasiyasında yeni nazirliyin yaradılması müzakirə edilir.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bələdiyyələrə bağlı yanğınsöndürmə xidmətləri də daxil olmaqla, fəlakətlə əlaqəli dövlət qurumlarını birləşdirəcək Təbii Fəlakətlə Mübarizə Nazirliyinin yaradılması təklif olunub.
Yeni qurulacaq nazirliyin fəlakət risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, azaldılmasına yönəlik fəaliyyətlərin həyata keçirilməsi və nəzarət edilməsi ilə fəlakət zamanı və sonra həyata keçirilən müdaxilə işlərinin effektivliyinin artırılması üçün qurumların ixtisas sahələrini nəzərə alaraq səlahiyyət və məsuliyyətləri tənzimləməsi planlaşdırılır.
Təbii fəlakətlərə davamlı tikintilərlə bağlı qanunvericilik nəzərdən keçiriləcək, yeni tikilən bütün infrastrukturlarda təhlükələr hərtərəfli nəzərə alacaq.
Qurum, həmçinin iqlim dəyişikliyindən qaynaqlanan təhlükələrə dair regional səviyyədə xüsusiləşdirilmiş təlimatlar hazırlayacaq.
Fəlakət zamanı fasiləsiz xidmət göstərə biləcək kəsintisiz təhlükəsiz rabitə sisteminin yaradılması məqsədilə 81 bölgədə rəqəmsal radio infrastrukturunun qurulmasını tamamlayacaq.
Oxşar xəbərlər
Bu süni intellekt modeli xəstəlikləri öncədən aşkarlaya biləcək
Alimlər minlərlə xəstəliyi illər öncədən proqnozlaşdıra bilən süni intellekt hazırlayıb. BAKU.WS xəbər verir ki, Avropalı tədqiqatçılar bir insanın tibbi tarixç...
