Türkiyədə yaşı 13-dən az olanlar sosial şəbəkələrə girə bilməyəcək
Türkiyədə sosial şəbəkədən istifafə ilə bağlı yaş həddinin tətbiqi üçün tədbir görülüb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və Ailə və Sosial Xidmətlər Nazirliyi nümunələri nəzərə alaraq araşdırma aparır.
Bu araşdırmaya görə, yaşı 13-dən az olanların sosial media proqramlarına və sosial şəbəkələrə girişinə qadağa qoyulması planlaşdırılır.
İnformasiya Texnologiyaları və Rabitə Qurumunun sədr müavini Abdulkerim Gün 13 yaşından kiçik şəxslərin sosial media tətbiqlərinə və sosial şəbəkələrə girişini qadağan etmək üçün çalışdıqlarını açıqlayıb.
Uşaqların sosial mediadan istifadəsi ilə bağlı müxtəlif ölkələrdə tətbiq edilən təcrübələr belədir:
ABŞ: Bəzi ştatlarda 14 yaşından kiçiklər üçün sosial mediadan istifadəni qadağan edən qanun 2025-ci ildən etibarən qüvvədə olacaq. Çin: 16 yaşından kiçik insanlardan valideyn icazəsi ilə sosial media hesabı açması tələb olunur. Saat 22.00-dan 06.00-dək mobil cihazlara və internetə giriş qadağandır. Fransa: 15 yaşından kiçiklərin sosial mediaya daxil olması üçün valideyn icazəsi tələb olunur. Cənubi Koreya: 16 yaşından kiçik uşaqlar üçün saat 00.00-06.00 arasında onlayn oyunlar qadağandır.
Böyük Britaniya və Rusiya: 13 yaşdan kiçik olanlar onlayn platformalarda hesab açmaqla məhdudlaşır.
İtaliya: 14 yaşından kiçiklərə mobil telefona sahib olmaq, 16 yaşından kiçiklərə isə sosial mediada profil açmaq qadağandır.
Oxşar xəbərlər
"Arka Sokaklar"ın da olduğu 4 seriala cərimə və cəza tətbiq edildi - SƏBƏB...
Türkiyədə Radio və Televiziya Şurası (RTÜK) 4 baxımlı seriala və kanala cəza tətbiq edib. BAKU.WS xəbər verir ki, yayım qaydalarına riayət etmədiyi üçün "Sahips...