Türkiyədə sünnət toyunda 100 nəfər toyuqlu plovdan zəhərləndi
21
iyl
2025
15:22
Türkiyədə 100 nəfər toyuqlu plovdan zəhərlənib.
BAKU.WS xəbər verir ki, Yalovanın Çınarcık bölgəsində keçirilən sünət toyunda 100 nəfər qidadan zəhərlənib.
Toyuqlu plovdan zəhərlənənlər Çınarcık Dövlət Xəstəxanasına yerləşdirilib.
300 qonağın qatıldığı toyda zəhərlənənlərin sayının artacağı bildirilib.
"İndiyə qədər gələnlərin həyati təhlükəsi olmasa da, ürəkbulanmaları var. Hazırda Çınarcık Dövlət Xəstəxanasında 65 nəfərin müalicəsi davam etdirilir, qalan xəstələr isə Yalova Dövlət Xəstəxanasına köçürülüb" - deyə həkimlər qeyd ediblər.
Oxşar xəbərlər
Avropa liderləri Donald Trampdan şikayətləndilər
Avropa İttifaqı ölkələrinin rəhbərləri ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya–Ukrayna münaqişəsinin həlli üzrə aparılan sülh danışıqları barədə...